Bu lisenziya maye və təbii qaz təsərrüfatı obyektlərinin layihələndirilməsi, montajı və quraşdırılması ilə bağlı işlərin peşəkar və normativ tələblərə uyğun şəkildə icra olunmasına imkan verir. Qaz xətlərinin qurulması, avadanlıqların quraşdırılması, təzyiq və sızma təhlükəsizliyinin təmin edilməsi, həmçinin obyektlərin istismara hazır vəziyyətə gətirilməsi bu fəaliyyətin əsas istiqamətlərini təşkil edir.
Bu lisenziya tikintisinə icazə tələb olunan obyektlərin məlumatlandırılması və icraatı nəzərdə tutulan bina və qurğuların layihələndirilməsi fəaliyyətini legitim şəkildə həyata keçirmək üçün verilir. Layihələrin texniki standartlara uyğun hazırlanması, təhlükəsizlik normalarının təmin olunması və dövlət orqanları ilə icazə proseslərinin koordinasiyasını əhatə edir.
R.R Nev Gasification qaz təsərrüfatı və mühəndislik sahəsində təhlükəsiz və etibarlı həllər təqdim edən peşəkar şirkətdir.